İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə mükafatçıların təltif olunmasına start verilib.
“İlin idman xadimi” nominasiya üzrə qalib Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov olub.
Mükafatı alan Qayıbov təşəkkürünü bildirib:
“Bu təltifə görə minnətdarlığımı bildirirəm. Mənim üçün əlamətdar gündür. Düz 10 il bundan öncə bugünkü tarixdə ata oldum. Bu mükafat təkcə mənim uğurum deyil. Bu, hər birimizin uğurudur. 15 ildir ki, Gimnastika Federasiyasında çalışıram. Bu illər ərzində federasiyanın prezidenti Mehriban Əliyeva tərəfindən yüksək diqqət və qayğı göstərilib. Qeydə alınan uğurlu nəticələr də bunun sübutudur. Bu il mənim üçün çətin keçdi. Demək olar ki, təyyarələrdə oldum. Müxtəlif görüşlərimiz oldu. Keçirilən iclaslarda mühüm qərarlar vermişik. 2019-cu ildə bizi daha böyük işlər gözləyir”.
Emin