“2018 Hərəkatı”nın bir illik yubileyi qeyd edildi – FOTOLAR

Bu gün “2018 Hərəktı”nın bir illik yubileyi münasibətiylə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, təbirdə hərəkatın üzvüləri, ictimayyət nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Hərəkat sədri Xəyal Rza ötən bir il ərzində rəhbəri olduğu hərəkatın gördüyü işlərdən, qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi və əldə etdikləri uğurlar barəsində dinləyicilərə məlumat verib.

O bildirib ki, hərəkatın yaranmasından bir il keçməsinə baxmayaraq, onlar həm Azərbaycan daxilində, həm beynəlxalq aləmdə öz sözlərini deyib. Bir neçə ölkədə hərəkatın nümayəndəliyi açılıb:

“Hərəkat 2018-ci ildə Prezident seçkilərində İlham Əliyevi dəstəkliyib və onun siyasi yolunu örnək bilərək fəaliyyətlərini bu istiqamətdə həyata keçiriblər. İndi isə, qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri Türk dünyası və Türk birliyinə nail olmaqdır”.

Daha sonra hərəkatın ötən bir il ərzində gördüyü işlər barəsində qısa film dinləycilərə təqdim olunub.

Bundan sonra tədbirdə iştirak edən hərəkat üzvləri ötən bir il və gələcək planlar barədə fikirlərini bölüşüb.