“Bloomberg” 2019-cu ildə dünya iqtisadiyyatı üçün əsas siyasi təhdidləri açıqlayıb.
Yenicag.az-ın məlumatına görə, ən mühüm risk amillərindən birinin ABŞ və Çin arasında ticarət müharibəsi olduğu deyilir.
Qeyd olunur ki, əgər ABŞ lideri Donald Tramp Çin mallarına yeni rüsumlar tətbiq etsə, ÜDM-in artımı yavaşlayacaq. Bu mübahisə isə uzun iqtisadi soyuq müharibənin başlanğıcı ola bilər.
Bundan başqa, İtaliya və Avropa İttifaqı arasında büdcə xərcləri ilə bağlı mübahisə, Böyük Britaniyanın Aİ-dən çıxması, neftin qiymətləri dünya iqtisadiyyatında əsas risklər kimi göstərilir.