Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

2019-cu ilin ən çox izlənilən qarşılaşmaları

Reklam: High Technic

“Transfermarkt” portalı 2019-cu ildə dünya futbolunun 10 ən çox izlənilən matçının siyahısını dərc edib. 

Yenicag.az-ın məlumatına görə, birinci pillədə 2018/2019 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə) oyunu qərarlaşıb. “Nou Kamp” stadionunda keçirilmiş həmin görüşdə 98 299 tamaşaçı olub. Matç Kataloniya komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

CAR liqasının 9 noyabrda Yohannesburqdakı “Soccer City” stadionunda baş tutmuş “Kayzer Çifs” – “Orlando Payrets” oyunu ikinci, İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda mayın 18-də oynanılmış “Mançester Siti” – “Uotford” qarşılaşması üçüncüdür. Bu matçları müvafiq olaraq, 88 min və 85 854 tamaşaçı izləyib.

İlk “10-luq”da sonrakı yerləri tutanlar:

4. İl ərzində bir neçə matç (“Siqnal İduna Park”, Dortmund, Almaniya) — 81 365

5. “Real Madrid” – “Barselona” (“Santyaqo Berrnabeu”, Madrid, 27 fevral) — 80 472

6. İl ərzində bir neçə matç (“Azadi”, Tehran) — 80 000

7. Fransa – Albaniya (“Stad de Frans”, Sen-Deni, 7 sentyabr) — 78 000

8. “Milan” – “İnter” (“San-Siro”, Milan, 17 mart) — 77 749

9. İl ərzində bir neçə matç (“Alyans Arena”, Münhen) — 75 000

10. “Herta” – “Borussiya” D (“Olimpiaştadion”, Berlin, 16 mart) — 74 667./Report/

www.yenicag.az

787