!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2019-da nələri öyrənməyə dəyər? - SİYAHI

!Reklam – Yazi

Proqramçı və gik olan professor Uilyam Buçana 2019-da öyrənilməsinə dəyən 10 altsahə barədə danışıb.

Yenicag.az Technote-ə istinadən həmən məqaləni təqdim edir:

Bizim həyatımız daima yeniliklər axtarışına gedən bir yol olmalıdır. Gəlin 2019-cu ili rəqəmsal aləmin təkmilləşmə və proqres ilinə çevirək. İmkan daxilində səthi öyrənməni yox, dərinlikləri araşdırmanın tərəfində olun. Məhfumların məğzini incələyin. Bu isə mənim bu il öyrənmək istədiklərimdir.

Python-da proqramlaşdırma.

Mən C, C++ və C# ilə işləyirəm. Mən ASP.NET MVC-ni öyrənmişəm və bu texnologiyadan istifadə edərək sayt yaradılışı ilə məşqul olmuşam. Əvvəl elə düşünürdüm ki, hər şeyin əsası Visual Studio-dur. Amma daha sonra anladım ki, başqa bir yol da var. Və bu daha maraqlı və əyləncəli yolun adı – Python-dur. Mən bu dil ilə işləməyə başladıqda bəzi tapşırıqların realizasiya problemi tamamilə aradan çıxdı. Dilin sintaksisini sevməməyimə və bəzi həllərin istifadəsindən qaçmağıma baxmayaraq, Python mənim yeni layihələrim üçün № 1 seçimi oldu. Bu dil həryandadır. Bitkoinda, veb servislərdə, hər yanda. Onda niyə də Python öyrənib, habelə məktəblərdə də uşaqlara onu tədris etməyək? Cəmi bir neçə sətr kod sizə yeni rəqəmsal kainat yaratmağınıza kömək edə bilər. Bütülükdə, bizim dünyamız bu gün Python, Java,. NET Javascript və bir çox digər platfotmalardan ibarətdir və bunların “qarışığından” nə istəsən yarada bilərsən.

Kripto-nu öyrənin!

Kriptoməzənnəni yox, kriptoqrafiyanı. Bu gün kriptoqrafiya kibertəhlükəsizliyin zəif yeridir. Mənim üçün o elektrikin Om qanununun analoqudur. Bu sahə rəqəmsal aləmin mərkəzi olmalıdır. Onu əsasında duran bütün riyazi metodları araşdıracaq qədər dərindən öyrənməyə ehtiyac yoxdur. Amma hərkəs xeşləməni, şifrələnməni, simmetrik açarları və imzaları bilməlidir.

Zero-knowledge Proofs (ZKPs).

Biz dəlisov rəqəmsal bir dünyada yaşayırıq. Biz hələ də istifadəçilərdən identifikasiya üçün parol yazmağı istəyirik. Amma niyə biz hələ də “login/parol” birləşmələrini tələb etməyən digər metodlarına keçməmişik? Bizim gələcəyimizə şəxsi məlumatların möhkəm müdafiəsi lazımdır, istifadəçilərə bu halda parollar lazım deyil, daha ciddi təhlükəsizlik istifadə olunmalıdır. Ona görə də ZKP öyrənin.

Homomorf şifrələnmə.

Niyə biz hələ də kök məlumatı aşkar edən verilənlərdən istifadə edirik? Biz elə etməliyik ki, şifrələnmə tərəfə gedək amma bu adi əməliyyatların aparılmasında əmmalar yaratmasın. Bəziləri ZCach və Monero və məlumatın aşkarolunmadan emalına yol açan metodlardan istifadə edərək şəbəkəni dəyişmək istəyirlər. Əgər biz həqiqətən də bu tip sistemlər yarada bilsək onda biz həqiqi GDPR dünyasına keçid esə biləcəyik. Hazırki zamanda isə biz sadəcə GDPR ilə uyğunlaşa bilən saxta bir əhatə yaratmışıq.

Javascriptdə daha çox yazın.

Bir neçə il öncə mən demişdim ki, Javascript öləcək, çünki onunla işləmək çətindir. Əslində mən çox səhv etmişəm. Javascript çiçəklənməyə davam edir, Proqramçılar hər gün yeni-yeni sistemlər yaradırlar bu dilin əsasında. Onlara hələ Node.js da kömək edir. Mənə gəldikdə isə, mən özümə uyğun bir Git repositoriyası tapdım, npm install komandası ilə, bir neçə sətr kod və konsol ilə işləyirəm(hə mən xətaların aşkar olunması üçün hələ də alert(msg) istifadə edirəm). Javascript dünyasında biz əşyaların məğzini görürük və bir çox hallarda bu daha yaxşı işləyir, nəinki daha çətin tərtibatçılıq əhatələrində. DLL günləri keçmişdədir, brauzer inteqrasiyasına uzun ömür diləyək.

Pandas və vizual verilənlərin öyrənilməsi.

Dünya bizim əlimizdədir. Python və R onu tətqiq etməyə yol açdı. Ona görə də əsas məsləhətim – Pandas-ı xırdalayın. Təbii ki, riyazi metodlar ilə. Amma məlumat analizinin heç bir mənası olmur əgər siz onu vizualizə edə bilmirsinizsə. Ona görə də hesabatları qrafik formada göstərməyi öyrənin. Diaqram və bənzər üsulları mütləq öyrənin.

Elliptik kriptoqrafiya.

Kriptoqrafiya elminin məhz bu qolu bizim tranzaksiyaların, şəxsiyyətimizin və şəbəkə əlaqələrimizin müdafiəsi üçün istifadə olunur. O riyazi baza sayəsində işləyir və xaotik rəqəmsal aləmə səliqə gətirir. Blokçeyn, Ledgers, DAG – bütün bunlar elə elliptik kriptoqrafiyanın özüdür.

Big Data və kibertəhlükəsizlik.

Biz «kibertəhlükəsizlik» dedikdə böyük məlumatlar barədə danışırıq. Hücumun aşkar olunması və likvidasiya sürəti hələ bu qədər kritik olmamışdı. Mənim məsləhətim – Splunk açaraq bir neçə məlumat toplusu alın və onları incələyin. Proqramçılıq təcrübəsinin gələcəyi analitik təcrübədir. Odur ki gəlin indidən beynimizi məşq elətdirək.

AWS.

Amazon Web Services hazırda digital-ın əsas hissələrindən birini tutur. Əgər siz geriyə baxsaz, görərsiniz necə AWS getdikçə hər kəs üçün əhəmiyyətli bir servisə çevrilirdi. Təəssüfki, AWS hələ bütünlüklə istifadə olunmur, amma biz tez öyrənirik. Və Amazon servislərini mənimsəyə bilmiş şirkətlər öz bazarlarının liderlərinə çevriləcəklər.

Protokol və şəbəkələr.

Kibertəhlükəsizlik – şəbəkə və protokollardır. Bunları bilmədən onun əsasını başa düşə bilməzsiniz. Ona görə də virtual maşınlar işə salıb öz şəbəkənizi qurun. Sonra isə metodları xırdadlayaraq onu araşdırın

www.yenicag.az

14556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv