Son bir neçə gündə intensiv yağış Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində bəzi əraziləri su altında qoyub. Bundan ən çox da avtomobil sahibləri zərər görüblər. Çünki sel nəticəsində müxtəlif markalı çox sayda avtomobil suyun altında qalıb.
Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.
Gürcüstanın bu ilin sonunda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına başlamaq perspektivi var və “xarici təsir” qanunu məhz buna qarşı mübarizə aparır.