!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2020-ci ildə neft qiymətləri proqnozlaşdırılandan yüksək olacaq - Dünya Bankı

!Reklam – Yazi

2020-ci ildə neft qiymətləri ortalama 44 dolar/barel təşkil edəcək ki, bu göstərici bu il proqnozlaşdırılan rəqəmdən yüksəkdir.

Yenicag.az bu barədə Dünya Bankının hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, aprel ayında bu proqnoz 41 dollar səviyyəsində idi. 2019-cu ildə isə bu rəqəm 61 dollara bərabər olub.

Hesabatda qeyd olunur ki, 2020-ci ilin üçüncü rübündə xam neft qiymətləri təxminən 40 faiz yüksək olub, bununla belə, qiymətlər pandemiyadan əvvəlki dövrlə müqayisədə 30 faiz azdır. Mart və aprel aylarında neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra, may və iyun aylarında qiymətlər bərpa olmağa başlayıb. Qiymətlərin yenidən qalxmasına xüsusilə OPEC+ tərəfindən hasilatın kəskin azaldılması, eləcə də bütün dünyada karantin tədbirlərinin yumşalması ilə əlaqədar istehlakın bərpası səbəb olub. Həmin dövrdən neft qiymətləri ortalama 42 dollar ətrafında qalıb. Qiymətlər sentyabr-oktyabr aylarında ikinci dalğa təhlükəsi ilə əlaqədar qismən ucuzlaşıb.

Qeyd olunur ki, may ayında dünya neft hasilatı 12 faiz azalıb və həmin müddətdən sonra yalnız artmağa başlayıb. OPEC+ qrupu hasilatı avqust ayında razılaşdırılmış cədvəl əsasında sutkada 2 milyon barel artırıb. Növbəti artım 2021-ci ilin yanvarında planlaşdırılır.

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv