“Forbes” jurnalı 2020-ci ildə vəfat edən milyonçuların siyahısını təqdim edib.
Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, siyahıda ilk yerdə avqustda vəfat edən milyonçu Sumner Redstone qərarlaşıb.
Onun gəliri 2 milyard 600 milyon dollar təşkil edir. 97 yaşında dünyasını dəyişən Redstounun şirkətləri arasında CBC və MTV adlı televiziya kanalları da var.
![](https://qaynarinfo.az/file/pic/xeber/2020-12/1609084332_1.jpg)
İkinci yerdə 17 milyard 300 milyon dollar sərvəti olan Samsung şirkətinin rəhbəri Cənubi Koreyalı iş adamı Li Kun-hi var.
![](https://qaynarinfo.az/file/pic/xeber/2020-12/1609084281_2.jpg)
Üçüncü pillədə 82 yaşında dünyasını dəyişən milyonçu Cozef Safra yer alıb. Onun gəliri 23 milyard 600 milyon dolardır. O, dekabrda vəfat edib.