Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - TƏHLİL

2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatı Maliyyə Nazirliyinin saytında yerləşdirilib və Milli Məclisə təqdim edilib.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat proqnozlaşdırılır, bu da 2019-cu ilin büdcə proqnozu ilə müqayisədə 966,5 milyon manat çoxdur.

2020-ci il dövlət büdcəsinin xərcləri 26 milyard 913,7 milyon manat proqnozladırılır ki, bu da 2019-cu ilə nisbətən 1 milyard 723,7 milyon manat və ya 6,8 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, qiymətli kağızların yerləşdirilməsindən, vahid xəzinə hesabının qalığı və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcəkdir.

Büdcə layihəsinə görə, 2020-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar proqnozu 7 milyard 875 milyon manat nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 559 milyon manat çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur. Beləliklə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozu 857 milyon manat artırılır.

Büdcə paketində müsbət məqamlardan biri Neft Fondundan büdcəyə transfertlərin azalmasıdır. Beləki, Dövlət Neft Fondundan transfert 14,3 milyon manat azaldılaraq 11 milyard 350 milyon manata endirilir. Yəni büdcə gəlirlərinin artımı daha çox qeyri-neft sektorundan gəlirlərin artmasına hesablanıb.

Maraqlıdır ki, 2020-ci ilin ilkin budcə bəyanatında (15 sentyabrda açıqlanıb) Neft Fondundan nəzərdə tutulan transfertin həcmi bu illə müqayisədə 400 milyon manat çox idi. İlin 9 ayının yekunları ilə bağlı iqtisadi müşavirədə prezident bəzi dövlət qurumlarında xərclərin şişirdilməsinə kəskin etiraz etdi.

Bu etirazdan, eyni zamanda ilin ilkin budcə bəyanatının açıqlamasından sonra iqtisadi dairələrdə gedən müzakirələrdən sonra ümumi büdcə xəcləri artırılsa da, Neft Fondunda transfertlər nəinki artırıldı və ya indiki həddə saxlanıldı, hətta azaldıldı. Görünən budur ki, hökumət həm ictimai müzakirələri və bunun nəticəsində formalaşan təklifləri nəzərə alır, həm də maliyyə resurslarından daha səmərəli və qənətcil faydalanmaq yolunu tutub. Bu həm də mümkün korrupsiya risklərinin azaldılması baxımından faydalıdır.

2020-ci ilin büdcə müzakirələrinin əvvəlki müzakirələrdən əsas fərqi budur ki, bu il müstəqillik tarixində ilk dəfə olaraq sentyabrın 15-də, yəni büdcə layihəsi Nazirlər Kabinetinə təqdim edilməmişdən əvvəl Maliyyə Nazirliyi “dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” (“İlkin büdcə bəyanatı”) yaydı. Ardınca, ölkənin ali maliyyə sənədi Milli Məclisdə müzakirəyə çıxarılmamışdan öncə “2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı” və 2020-ci ilin icmal və dövlət büdcələrinin bəzi parametrləri Maliyyə Nazirliyinin saytında yerləşdirilərək ictimaiyyətə açıqlandı.

Bütün bunlar onu göstərir ki, ölkənin maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təmin edən Maliyyə Nazirliyi büdcə prosesinin beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsində, onun şəffaflığının, ünvanlığının və ictimaiyyətə açıqlığının təmin edilməsində və büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsində maraqlıdır./İstiqlal.az/

Qadir İbrahimli

 

www.yenicag.az

1620
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM