2020-ci ilin ən gənc milyarderləri – SİYAHI

Forbes-in 2020-ci ildə 30 yaşa kimi olan ən gənc milyarderlərin siyahısına amerikalı model və kosmetik şirkətin qurucusu Keyli Cenner başçılıq edir.

Yenicag.az xəbər verir ki, 22 yaşlı iş qadınının sərvəti 1 milyard dollar qiymətləndirilir. Keçən il Cenner şirkəti “Kylie Cosmetics” şirkətinin 51 faizini kosmetika istehsalçısı “Coty” şirkətinə 600 milyon dollara satmışdı.

Reytinqdə ikinci yeri 23 və 24 yaşlı bacılar – Aleksandra və Katarina Andersen tutur. Onların hər biri ataları tərəfindən təsis edilmiş Norveç investisiya şirkəti “Ferd”də 42% paya sahibdir. Hər birinin vəziyyəti 1,1 milyard dollar qiymətləndirilir.

Reytinqə yeni daxil olanlar arasında Braziliyanın “Diagnosticos da America” tibb şirkətinin 1,1 milyard dollara sahib 29 yaşlı icraçı direktoru Pedro de Qodoy Bueno, “Draexlmaier” alman şirkətinin 29 yaşlı sahibi Liza Drekslmayer (1 milyard dollar); bir milyard dollarlıq sərvəti ilə “B. Braun” dərman şirkətində səhm sahibi 30 yaşlı Lüdviq Teodor Braun var.

Siyahıdakı ən varlı gənc iş adamı 29 yaşlı irlandiyalı Con Kollison 3,2 milyard dollarlıq sərvətlə qərarlaşıb. Qardaşıl Patrik ilə birlikdə onlar “Stripe” ödəmə sistemini qurublar./Qaynarinfo/