!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2020-də 6 dəfə olacaq - Bu tarixlərdə diqqətli olun!

!Reklam – Yazi

2020-ci ildə 1 tam olmaqla, 2 Günəş, 4 Ay tutulması gerçəkləşəcək.

Yenicag.az xəbər verir ki, ilin ilk kosmik hadisəsi 10 yanvarda qeydə alınacaq.

Bu tarixdə parçalı Ay tutulması olacaq. Tutulma Azərbaycandan da müşahidə edilə biləcək. Eyni zamanda, Avropa, Asiya, Hind okeanı, Atlantik okeanı, Sakit okean, Şərqi Afrika və Avstraliya da Ay tutulmasının tamaşaçısı ola biləcək.

İlin ikinci əhəmiyyətli kosmik olayı 5 iyunda baş verəcək. Bu tarixdə də Ay tutulması qeydə alınacaq. Bunu da Avstraliya, Antarktika, Asiya, Afrika, Avropa, Hind okeanı, Atlantik okeanın cənubu və Sakit okeanının qərbi müşahidə edə biləcək.

İlin ilk Günəş tutulması 21 iyunda olacaq. Yerli vaxtla gecə saatlarında baş verəcəyi ehtimal olunan tutulma Afrika, Ərəbistan, Hindistan, Çin ve Tayvan torpaqlarından keçəcək.

5 iyul 2020-ci ildə daha bir parçalı Ay tutulması gerçəkləşəcək. Bu hadisəyə Afrikanın bir hissəsi, Avropanın qərbi, Antarktika, Şimali və Cənubi Amerika, Atlantik okeanı baxa biləcək.

30 noyabrda yenə parçalı Ay tutulması qeydə alınacaq. Bu isə Avropanın şimal-qərbi, Şimali və Cənubi Amerika, Avstraliya, Asiya, Atlantik okeanının şimalı, Sakit okeandan müşahidə olunacaq.

2020-ci ilin ən əhəmiyyətli kosmik hadisəsi 14 dekabrda baş tutacaq. Tam Günəş tutulması Cənubi Amerika, Antarktika, Sakit okean, Atlantik okeanın cənubu və Afrikanın cənub-şərqindən görünəcək. Tutulmanın tam olaraq seyr ediləcəyi yer isə Cənubi Amerikadır. Daha dəqiq, Argentinada.

2020-ci ildə hər ilin müəyyən dövrlərindəki quyruqlu ulduz qalıqlarının yaratdığı meteorit yağışları da olacaq. İlk yağış 2-3 yanvar tarixlərində Quadrantiddə (Dördlük) olub. Növbəti meteorit yağışı isə 22- 23 apreldə Lyriddə (Lir) olacaq və saatda 20-40 meteorit müşahidə ediləcək. (publika.az)

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv