!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"2021-ci il daha çox müxalifətin passivliyi ilə keçdi" - Partiya sədri son bir ili dəyərləndirdi

!Reklam – Yazi

“Hər bir hakimiyyət kimi Azərbaycan hakimiyyətinin də nöqsanları var, ancaq yola salacağımız ildə müxalifət tərəfindən çox tənqid olunmadı”.

Bu fikirləri 2021-ci ildə daxili siyasətdəki vəziyyəti şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev yola salacağımız ilin siyasi baxımdan passiv keçmədiyini bildirib:

“Ötən bir il daha çox keçmiş Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan arasındakı problemlərin aradan qaldırılması yönündə işlərin görülməsi ilə yadda qaldı.

Müxalifət olaraq nəzərlərin başqa yerə yönəlməsi, qarşıdurma olması, hətta inciklik olmasını belə istəmədik. Düşünürdük ki, biz necə Ermənistandakı prosesləri izləyirik, onlar da bizi izləyirlər. Orada baş verən hər bir hadisə qərarlarımıza təsir edirdi. 2021-ci il daha çox müxalifətin passivliyi ilə keçdi. Ümummilli məsələdən çıxış etdiyimiz üçün düşünürəm, yanaşmamız doğru idi. Özünü müxalifət adalandıranlar yenə söyüş kampaniyası ilə məşğul oldular. Düşünürəm ki, bu, ənənəvi davranışlar idi və cəmiyyət buna əhəmiyyət vermir.

Mərkəzi Seçki Komissiyası tərəfindən parlamentdə boş qalmış yerlərə yenidən seçkilər keçiriləcəyinin açıqlanması onu göstərir ki, daxildəki məsələləri də nizama salmaq istəyirik. Daxildə də toparlanmağımız lazımdır. Azərbaycan xarici siyasətdə güclü hücum diplomatiyası yürütdü. Əslində, bu, daxili siyasətdəki sabitliyə bağlıdır. Ölkənin iqtidarı, Ali Baş Komandanı gücünü daxildən alırdı. Azərbaycana xaricdən çox ciddi basqılar vardı. Düzdür, Türkiyə həmişə yanımızda olub, ancaq əsas məsələ millətin bütövlüyüdür. Biz müəyyən məsələlərə tənqidi yanaşmada davam etdik.

Bu mənada, düşünürəm ki, yola salacağlmız il passiv yox, post-müharibə dövründə nailiyyətlərin qorunması ili kimi yadda qalacaq”.

Səxavət Məmməd

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv