Artıq ilin sonuna sayılı günlər qalıb. Geridə qoyacağımız 2021-ci il həm də itkilərlə yadda qaldı. Mediamız da itkisiz ötüşmədi. Çox dəyərli jurnalistlərimiz 2021-ci ildə həyatla vidalaşdı.
Onların siyasısını təqdim edirik:
1. AzTV-nin operatoru, şəhid Sırac Abışov 2021-ci il 4 iyunda Kəlbəcər rayonunda minaya düşərək həlak olub.
2. “Azərrtac”ın jurnalisti Məhərrəm İbrahimov 2021-ci il 4 iyunda Kəlbəcər rayonunda minaya düşərək şəhid olub.
3. Əməkdar jurnalist, “Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev insult keçirərək dünyasını dəyişib.
4. Tanınmış jurnalist Elnur Əşrəfoğlu
koronavirus səbəbindən dünyasını dəyişib.
5. Tanınmış alim, tarixsi və jurnalist Dilavər Əzimli vəfat edib.
6 Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Aydın Mehdiyev vəfat edib.
1967-cü il təvəllüdlü Aydın Mehdiyev uzun sürən xəstəlikdən sonra müalicə üçün getdiyi Kanadada dünyasını dəyişib.
7. Nurlan Ağa Salamov oktyabrın 11-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
8. Tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu 70 yaşında dünyasını dəyişib.
9. Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.
10. Azərbaycanın Əməkdar jurnalisti Tamilla Haşımova vəfat edib. T.Haşımova uzun sürən xəstəlikdən sonra Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib.
11. Əməkdar jurnalist Svetlana Nəcəfova 83 yaşında dünyasını dəyişib.
12. Tanınmış jurnalist Nicat Nəsirli vəfat edib.
13. Əməkdar mədəniyyət işçisi, Şöhrət ordenli, Prezident təqaüdçüsü jurnalist Şamil Məmməd oğlu Şahməmmədov ömrünün 86-cı ilində əbədiyyətə qovuşub.
14. Tanınmış jurnalist Cavanşir Cahangirov vəfat edib.
Uzun müddət xəstəlikdən əziyyət jurnalist 1 saylı Şəhər Klinik Xəstəxanada həyatla vidalaşıb edib.
15. “Press.az” xəbər saytının əməkdaşı Aygün Məcidqızı koronavirusdan vəfat edib.
16. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Qənbər oğlu Hacıyev vəfat edib.
17. Tanınmış jurnalist və alim Teymur Əhmədov vəfat edib.
18. Femida.az saytının 32 yaşlı əməkdaşı Şahverdi Şirinli (Oğuz Altay)
dünyasını dəyişib.
19 Jurnalisti və tarixçi Zaur Mehdiyev vəfat edib.
Cəvahir