2022-ci il 61 milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinin SƏBƏBİ

2022-ci ildə dünya üzrə təxminən 61 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Əvvəlki il ilə müqayisədə bu rəqəm 60 faiz artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məqalə dərc edib.

Qurumdan verilən yazılı açıqlamada, bu rəqəmin indiyə qədər ən yüksək daxili yerdəyişmə olduğu qeyd olunub.

Qarşıdurma və zorakılıq səbəbindən 28,3 milyon insan didərgin düşüb. Göstərilən bu rəqəmin 60 faizini Ukraynadan qaçanlar əhatə edir.

Təbii fəlakətlər 32,6 milyon insanı didərgin vəziyyətə salıb. Pakistandakı daşqınların və Filippindəki Noru tayfununun keçən illə müqayisədə daha çox insanın evindən uzaq düşməsinə səbəb olduğu bildirilib.

Təbii fəlakətlərin iqlim dəyişikliyi fonunda daha tez-tez yaşandığı, intensivliyi artdıqca isə rəqəmlərin daha da artacağı gözlənilir.