2022-ci ildə dünyanı gözləyən 3 POTENSİAL MÜHARİBƏ – “Barıt çəlləyi” harada partlayacaq?

Cari ildə dünyanı gözləyən 3 potensial müharibə ocağının “alovlana” biləcəyi regionlar açıqlanıb. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Alen Fraşonun Fransanın “Le Monde” qəzetində dərc etdirdiyi məqalədə bəhs olunub.

Fraşonun fikrincə, bu il baş verə biləcək savaşlardan biri Ukrayna ilə Rusiya arasında olacaq. Müəllif hesab edir ki, Donbasda müharibəni şərtləndirən əsas amil ABŞ-ın Rusiya tərəfindən təklif olunan təhlükəsizlik təminatını qəbul etmək istəməməsi, o cümlədən, Moskvanın NATO-nun şərqə doğru genişlənməsinin özü üçün “qırmızı xətt” kimi görməsi olacaq.

Müharibənin başlaya biləcəyi ikinci region olaraq, İran göstərilir. Fraşonun yazdığına görə, İran artıq uranın 60 faiz zənginləşdirməsinə nail olub və bu hədd nüvə silahı yaratmaq üçün yetərlidir. İranla Qərb ölkələri arasında kompromis müstəvisinin getdikcə daralması müharibəni şərtləndirir.

Fraşon qeyd edib ki, 2022-ci ildə 3-cü potensial müharibə Tayvanda başlaya biilər. Müəllif bildirib ki, Çinin bu ada ətrafında hərbi təlimləri intensivləşdirməsi, Qərbin isə bu çərçivədə ikibaşlı siyasət yürütməsi Pekinin qiyamçı adaya müdaxilə edəcəyini söyləməyə əsas verir.