!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2022-ci ildə ixrac olunan Azərbaycan neftinin dəyəri əhəmiyyətli dərəcədə artdı

!Reklam – Yazi

2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 26 milyon tondan artıq neft ixrac edib ki, bu da 2021-ci ildəki göstəricidən dörd faiz və ya 1,09 milyon ton yuxarıdır.

Yenicag.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, neft ixracı dəyər baxımından 19,48 milyard dollar təşkil edib ki, bu da 2021-ci ildəki göstəricidən 47,4 faiz və ya 6,265 milyard dollar çoxdur.

“İxrac edilən neft koksunun həcmi 169,351 min ton olmaqla dəyəri 66,992 milyon dollar, neft bitumunun dəyəri isə 25,456 milyon dollar (89,09 min ton) təşkil edib”, – komitədən bildirilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 13,219 milyard dollar dəyərində 27,116 milyon ton neft ixrac edib.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv