2022-ci ilin SİLAH BAZARI: Ukrayna ilk üçlüyə necə daxil oldu? – HESABAT

Ötən il üzrə dünya silah bazarında fəallığı ilə seçilən ölkələrin təsnifatı aparılıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Stokholm Sülh Problemlərini Araşdırma İnstitutunun (SIPRI) hazırladığı hesabatda maraqlı yeniliklər var.

Məlumata görə, 2022-ci ilin fevralında Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna dünyada silah idxalı üzrə 3-cü pilləyə yüksəlib. Ekspertlər bu göstəricini Ukraynanın silah alışından çox, Qərb dövlətlərinin Kiyevə hərbi yardımları ilə əsaslandırıblar.

Qeyd olunur ki, silah idxalçılarının reytinqində Ukraynadan öndə qərarlaşan ölkələr Qətər və Hindistandır:

“2022-ci ilin fevralında Rusiyanın hərbi təcavüzündən sonra ABŞ və Avropa ölkələrinin hərbi yardımları sayəsində Ukrayna dünyada ən çox silah idxal edən üçüncü ölkə olub.

Ümumiyyətlə, Ukrayna 2018-22-ci illər aralığında silah idxalçılarının siyahısında 14-cü yeri tutub”.