Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

2023-cü ilədək Azərbaycana turist axını 4 milyonadək arta bilər

Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi sayəsində 2023-cü ilədək ölkəyə turist axınının 4 milyon nəfərə qədər artacağı gözlənilir.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Formula 1 yarışının keçirilməsinin iqtisadi və sosial faydaları” mövzusunda “dəyirmi masa”da deyib.

B.Əsgərov bildirib ki, bu göstərici “Turizm strategiyası-2023” çərçivəsində nəzərdə tutulub.

Agentlik rəsmisi qeyd edib ki, turizmin inkişafı Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:

“Bizim qurum Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçıları ilə sıx əməkdaşlıq edir və biz qarşımızda yarış həvəskarlarının ölkədə qalma vaxtını artırmaq tapşırığı qoymuşuq. Məsələ burasındadır ki, Formula 1 həvəskarları Azərbaycanda yarışın keçirildiyi 3-4 gün ərzində olurlar. Biz isə turistlərdə bölgələrimizə səfər etməyə maraq oyatmaq və ölkədə daha çox qalma müddətini artırmaq üçün yeni turizm məhsulları və brendləri üzərində çalışırıq”./Trend/

www.yenicag.az

4091