2023-cü ilin dünya idman ulduzlarının reytinqi açıqlandı

SMM fəaliyyəti ilə məşğul olan “Hopper HQ” şirkəti 2023-cü ilin nəticələrinə əsasən, dünya idman ulduzlarının reytinqini açıqlayıb.

İlk beşlikdə üç futbolçu yer alıb. Birinci yerdə Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun ulduzu Kriştianu Ronaldu qərarlaşıb. İkinci yeri “İnter Mayami”nin (ABŞ) hücumçusu Lionel Messi tutur.

Hindistanlı kriketçi Virat Kohli üçüncü yerdədir. Şirkət “Əl-Hilal”ın hücumçusu Neymarı dördüncü pilləyə yerləşdirib. Beşinci yerdə “Los-Anceles”in basketbolçusu Lebron Ceyms qərarlaşıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ilin yanvar ayından “Ən-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. 38 yaşlı hücumçu bu mövsüm komandanın heyətində bütün turnirlərdə keçirdiyi 24 oyunda 23 qol vurub, 11 məhsuldar ötürmə edib.

Mənbə: Championat.com