2024-cü il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüşlər başa çatdı

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibləri olan QHT-lərin rəhbərlərinin digər qrupu ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova və digər məsul şəxslər iştirak edib.

Əvvəlcə Aprel şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub.
Görüşdə müsabiqənin qalibləri təbrik edilib, onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub.

Bununla da 2024-cü il üzrə qrant müsabiqəsinin qalibləri ilə görüşlər başa çatdırılıb. Ümumilikdə, bu həftə ərzində keçirilmiş 3 analoji görüşdə 400-dən çox QHT rəhbəri iştirak edib. Təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb.