“2025-ci ildən alternativ enerji mənbələrindən istifadə genişləndiriləcək” – Nazir

“2025-ci ildən başlayaraq alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi planlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Nazirin sözlərinə əsasən, Azərbaycan ekoloji dayanıqlığı gücləndirmək, tranzit vaxtlarını azaltmaq və istixana qazı emissiyalarını azaltmaq üçün bütün Orta Dəhlizdə rəqəmsal həllərin inteqrasiyasına sadiqdir.

“Rəqəmsal strategiyamızın mərkəzi komponenti rəqəmsal nəqliyyat logistika informasiya sisteminin inkişafıdır ki, bu platforma tam şəffaflıq təmin edəcək, yüklərin səmərəli izlənməsini, proqnozlaşdırılması və dəhliz boyunca idarə olunmasını dəstəkləyəcək”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

 

COP29