2025-ci ilin ilk iş gününə DOLLARIN RƏSMİ MƏZƏNNƏSİ MÜƏYYƏN OLUNUB

Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.

Məlumata görə, 06.01.2025-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Beləliklə, 2024-cü ilin sonunda da devalvasiya olmadı. Azərbaycan əhalisi və iqtisadiyyatı 2025-ci ildə sabit məzənnə rejimi ilə daxil olacaqdır.