Məşhur idmançı Castin Viki 204 kq qaldırmaq istəyərkən boynunu sındıraraq canlı yayımda dünyasını dəyişib.
Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, məşhur idman blogeri və fitnes məşqçisi Castin Viki Balidə idman zalında məşq edərkən boynunu sındırıb. O, ştanqla uğursuz çömbəlmə edib, hətta yanındakı sığortaçı da kömək edə bilməyib. Onun cəmi 33 yaşı var idi.
Bodibilder çox böyük çəki – 204 kiloqram götürməyə çalışıb. Ancaq nədənsə idmançı kömək üçün yalnız bir sığortaçıya müraciət edib. Belə çəkilərlə, ştanqın kənarlarında dayanacaq və kritik vəziyyətdə onu bədəndən çıxaracaq ən azı iki nəfər lazımdır. Castin oturub, lakin onun ayaqları belə bir yükə tab gətirə bilməyib və sığortaçı heç nə edə bilməyib. Viki ağırlığı altında sadəcə bükülüb və ştanq boynunda yuvarlanıb.
Onurğa və boyun nahiyəsindən dəhşətli xəsarətlər alan Castin Viki xəstəxanaya aparılıb. Tibbi hesabatda qeyd olunur ki, bodibildinqçi iyulun 21-də “boyun sınığı və ürəyi ağciyərlərə bağlayan həyati sinirlərin kritik sıxılması” nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Castin Vikinin sosial şəbəkələrdə 30.000-dən çox izləyicisi var idi. O, qidalanma korreksiyası və şəxsi məşqlə məşğul olub.
Bundan əvvəl 30 yaşlı bodibilder Co Lindner də anevrizmadan dünyasını dəyişib. Co Lindner bir neçə həftə əvvəl ölümünü proqnozlaşdırmışdı.
Məsimə