Özünü asan gənc qızı yaxınları xilas etdi – Bakıda

Bakıda intihara cəhd olub.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 25 yaşlı Günel Ağamirova özünü asaraq intihara cəhd edib.

Yaxınları onun bu cəhdinin qarşısını alaraq xilas ediblər.

Faktla bağlı araşdırma aparılır.