2050-ci ildə ən böyük iqtisadi güc hansı ölkələrdə olacaq? – PwC açıqladı

Beynəlxalq araşdırma və proqnozları ilə məhşur olan PwC şirkəti dünyanın ən böyük 32 iqtisadi dövlətinin 2050-ci ildəki mövqeləri barədə proqnoz verib.

Yenicag.az xəbər verir ki, proqnoza əsasən, 2050-ci ildə ən böyük iqtisadi gücə malik ölkə Çin olacaq.

Əsas surpriz ölkə isə Hindistan olub. Belə ki, Hindistan ABŞ-ı da geridə qoyaraq 2-ci yer sahibi ola bilər.

Indoneziya isə, Almaniya və Yaponiya kimi ölkələri qabaqlayıb 4-cü sıraya yüksələ bilər.

Viyetnamın da ilk 20-liyi tamamlayacağı qeyd olunur.

Qonşu ölkələrdən yalnız Türkiyə siyahıya düşə bilib. Belə ki, müəyyən irəliləyişlər gözlənilən Türkiyənin 11-ci sırada qərarlaşacağı qeyd olunub.

COP29