!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“21 Azər hərəkatı” nın 71-ci ildönümüdür

!Reklam – Yazi

21-azer-herekatiGüney Azərbaycan Milli Hökumətinin yaradılmasından 71 il keçir.

Yeniçağ.Az xəbər verir ki, 71 il əvvəl Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılan Milli Hökumət cənubdakı soydaşlarımızın milli müstəqillik uğrunda mübarizəsinin zirvəsi hesab olunur.

II Dünya müharibəsinin başlanğıcında İranın şimal hissəsinə qoşun yeridərək, o əraziləri nəzarətə götürən SSRİ-nin bu ölkədəki uzunmüddətli hərbi mövcudluğu Güney Azərbaycanda milli istiqlal mübarizəsinin qələbəsində mühüm rol oynayıb. Güneyli soydaşlarımıza gizli hərbi-maddi yardım göstərən sovet rəhbərliyi 1945-ci il dekabrın `12-də Milli Hökumətin yaradılmasına həlledici dəstək verdi. Milli Hökumət fəaliyyətə başladığı ilk gündən etibarən, Güney Azərbaycanda həyatın bütün sahələrində inqilabi dəyişikliklərin aparılması istiqamətində məqsədyönlü işlər gördü. Bankların və iri müəssisələrin milliləşdirilməsi, təhsil və səhiyyənin, mədəniyyətin, iqtisadiyyatın, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində qanunvericilik bazası yaradıldı və miqyaslı fəaliyyət həyata keçirildi. Milli Hökumətin Güney Azərbaycanda təhsilin türk dilində aparılmasına dair qərarı isə öz əhəmiyyətinə görə müqayisəolunmaz addım kimi qiymətləndirilir.

Lakin dövrün beynəlxalq şərtləri Güney Azərbaycanın müstəqil dövlət quruculuğunun inkişafına imkan vermədi. ABŞ və digər aparıcı Qərb dövlətlərinin tələbi əsasında qoşunlarını Güney Azərbaycandan çıxarmağa məcbur olan SSRİ bununla Milli Hökumətin süqutuna yol açdı. Nəticədə Qərb ölkələrindən ciddi hərbi dəstək alan Şah rejimi 1946-ci il dekabrın 12-də Təbrizi ələ keçirərək, Milli Hökumətin fəaliyyətinə son qoydu. Bundan sonra hökumət üzvləri və mübarizə fədailəri görünməmiş repressiyaya məruz qalırlar. SSRİ-yə keçə bilən Seyid Cəfər Pişəvəri isə 1947-ci ildə müəmmalı avtomobil qəzası nəticəsində həlak olur. Milli Hökumətin cəmi bir il fəaliyyət göstərməsinə baxmayaraq, bu fakt Güney Azərbaycan milli oyanış hərəkatının ən mühüm mərhələsi hesab olunmaqdadır.

Yeniçağ.az

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv