!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

21 nəfər viskidən zəhərlənərək öldü

!Reklam – Yazi

Malayziyada son bir neçə gündə 21 nəfər saxta viskidən zəhərlənərək ölüb.

Yenicag.az xəbər verir ki, həmin viskinin tərkibində metil spirti aşkar edilib.

Sentyabrın 19-da günorta saatlarına olan məlumata görə, “Grand Royal Whisky” növlü içkidən 55 zəhərlənmə halı qeydə alınıb. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin şəxslərdən 21-i ölüb, 14 nəfərin vəziyyəti isə ağırdır.

Ölümcül zəhərlənmələr barədə ilkin məlumatlar daxil olan kimi, Malayziyada viski istehsalı ilə məşğul olan üç şirkət – “Grand Royal”, “Mandalay” və “King Fisher” şirkətləri şübhə altına düşüb. Amma ekspertiza metil spirtini yalnız “Grand Royal Whisky” etiketinin olduğu şüşələrdə aşkar edib. Bundan əlavə, etiketlərdə viskinin istehsalçısı və distribüterlər haqqında heç bir məlumat yoxdu.

Yerli hakimiyyət orqanları zəhərlənmənin baş verdiyi yerlərdə 291 şüşə müxtəlif növ spirtli içki müsadirə edib. Hazırda müsadirə edilmiş içkilərin analizi davam edir, kütləvi zəhərlənmə ilə bağlı polis tərəfindən istintaqa başlanıb./Azərtac/

 

 

www.yenicag.az

4694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv