21 yaşlı gənc maşın üstündə bıçaqlandı – Video

Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb.

ARB Kəpəz xəbər verir ki, rayonun Üçtəpə kənd sakini 21 yaşlı Elşən Mustafazadə bədənin müxtəlif nahiyyələrinin kəsilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.

Ona tibbi yardım göstərilib və palataya yerləşdirilib. Elşən Mustafazadə Üçtəpə-Gəncə nəqliyyat xəttində marşurt sürür və onu həmkəndlisi Emin adlı şəxs bıçaqlayıb.

Sənubər Rzayeva – Anası: “Deyib gəl mənim maşınımı itələ, bu da deyəsən eşitmiyib. O, da buna pis söz deyib. Bu da deyib mənə deyirsən? Deyib yox. Orada aralanıblar. Sonra gəlib evdən aparıb, bu günə salıblar”.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az