!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

21 yaşlı oğlan 2 bacısını güllələdi

!Reklam – Yazi

d83599548a2bd11fa39d5b9d54b3f9fcABŞ-ın Ohayo ştatının Kolreyn şəhərində 21 yaşlı Metyu Heyden 2 bacısını güllələyərək öldürüb, dostuna isə ağır xəsarət yetirib.

Polisdən bildirilib ki, gənc oğlan bacıları Sara və Elizabet Heydenin və 17 yaşlı dostu Coşua Hakerin içərisində olduğu, valideynlərinə məxsus mikroavtobusa bir neçə dəfə atəş açıb. 16 və 17 yaşlı bacılar hadisə yerində ölüb. Digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Polis hadisə baş verən zaman evdə başqa şəxslərin olduğunu deyib, lakin onlar Metyu Heydenin “Beretta” markalı silahdan necə atəş açdığını görmədiklərini bildiriblər.
Şahidlər silahdan 12 dəfə atəş açıldığını deyiblər. Hadisə ilə bağlı polisə Metyu Heydenin anası müraciət edib. Onun sözlərinə görə, oğlu avtomobili güllələdikdən sonra özünə qəsd edəcəyini deyib.

Qətli törədən şəxs həbs olunub.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv