21 yaşlı şəxs itkin düşdü

Ucarda 21 yaşlı gənc 19 gündür itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, Ucar rayon sakini 1997-ci il təvəllüdlü Cəfərov Murad Ələkbər oğlu, dekabrın 3-ü yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Yaxınlarının verdiyi məlumata görə, C.Muradın səhhətində problemlər var. O, ruhi xəstəlikdən əziyyət çəkir.