216 nəfərin ölkədən çıxışına qadağa qoyuldu

pasport (2)Vergilər Nazirliyi 216 nəfər fiziki şəxsin vergi borcuna görə ölkədən getmə hüququnu müvəqqəti məhdudlaşdırıb.

Yenicag.az bu barədə nazirliyə istinadən xəbər verir.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, – deyə nazirliyin açıqlamasında qeyd edilib.