22 illik eranın sonu – Venger “Arsenal”dan getdi

İngiltərənin “Arsenal” klubu baş məşqçisi Arsen Vengerlə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi məlumat yayıb.

Qeyd edək ki, Arsen Venger “Arsenal”ın “sükanı arxası”na 1996-cı ildə keçib. Onu rəhbərliyi altında London klubu üç dəfə İngiltərə çempionu, yeddi dəfə İngiltərə kuboku və superkubokunun qalibi olub.