22 nəfərin olduğu təyyarə ilə əlaqə kəsildi

Nepalda 22 nəfərin olduğu təyyarə ilə əlaqə itib.

Yenicag.az xəbər verir ki, bu barədə yerli mətlbuat məlumat yayıb.

Nepal Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə yerli vaxtla 9:55-də Pokhar şəhərinin hava limanından havaya qalxıb, saat 10:07-də onunla əlaqə kəsilib.

Təyyarənin axtarışları üçün əraziyə helikopter göndərilsə də, pis hava şəraiti üzündən axtarışlar dayandırılıb.