22 yaşlı ana doğuş zamanı öldü

скачанные файлыBakının Qaradağ rayonunda ana doğuş zamanı ölüb.

Yenicag.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsindəki 4 saylı doğum evində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Alışanova Mehriban İlqar qızı doğuş zamanı dünyasını dəyişib.

Hadisə ilə bağlı Qaradağ rayon prokuroroluğunda araşdırma aparılır.