22 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb – VİDEO

Yasamal rayonu Şamaxinka adlanan ərazidə bıçaqlanma baş verib.

Yenicag.az xəbər verir ki, 22 yaşlı Sadiq Namiq oğlu Orucova yaxınlaşan şəxs ondan pul tələb edib. Sadiq Orucov pul verməkdən imtina etdiyi üçün bıçaqlanıb.

Polis hadisəni törədən şəxsi axtarır. Faktla əlaqədar cinayət başlanıb.