22 yaşlı güləşçi qəzada öldü – FOTO

Türkiyəli güləşçi Eran Tutulmaz avtomobil qəzası keçirib.

Yenicag.az xəbər verir ki, idmançı Ardahan-Kars yolunda baş verən avtomobil qəzası nəticəsində ağır yaralanıb.

22 yaşlı Tutulmaz təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza zamanı güləşçi Murat Aras da maşında olub. Hazırda onun müalicəsi davam etdirilir.