22 yaşlı oğlanı avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

2002-ci il təvəllüdlü Hüseynzadə Cavad Rahim oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.