22 yaşlı qadın intihar etdi

 

asdi652Lənkəranda intihar hadisəsi qeydə alınıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, Lənkəran rayonu, Kosalar kənd sakini 1994-cü il təvəllüdlü Dilşad Ağayeva özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.