222 milyonluq transfer rəsmiləşdi!

PSJ klubu Neymarın transferini rəsmən açıqlayıb.

Yenicag.az xəbər verir ki, fransızlar bu keçid üçün İpaniyanın “Barselona” klubuna 222 milyon avro ödəyib.

Braziliyalı ulduzla isə 2022-ci ilə qədər müqavilə imzalanıb. Bundan sonra Neymar dünyanın ən bahalı futbolçusu olub.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2013-cü ildən “Barselona”da çıxış edirdi. O, Kataloniya klubunda 186 oyuna 105 qol vurub.

Yenicag.az