Türkidəki dəhşətli zəlzələdən 10 gün keçir. Axtarış-xilasetmə işləri davam edir.
Yenicag.az xəbər verir ki, Qəhrəmanmaraşın Onikisubat rayonunda baş verən zəlzələdən 222 saat sonra dağıntılar altından bir nəfər xilas edilib.
42 yaşlı Meryem İmamoğlu dağıntılar altından sağ çıxarılıb. Xəstəxanaya aparılan İmamoğlunun huşunun yerində olduğu öyrənilib.