Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Şahdağ bu qış da dəbdə olacaq? – Ekspert rəyi

0F6735B9-6C1F-4B9B-BD64-B8E4F4D85795_mw640_mh331_sŞahdağ keçən il əhalinin diqqət mərkəzində oldu. Belə desək, Şahdağda xizəklə şəkil çəkdirənlərin sayı-hesabı yox idi. Bəs bu il necə olacaq?

Turizm üzrə ekspert Azər Bayramovun fikrincə, bu ildə Şahdağ qış turizminin favoriti olacaq:

“Hal-hazırda Azərbaycanda maddi imkanları yüksək olan insanların çoxunun yaş həddi 40-dan yuxarıdır. Bu yaşda olan insanlar adətən yay tətili zamanı xarici ölkələrə qonaq gedirlər. Ancaq, soyuq qış zamanı ailələri ilə birgə  çox da uzağa yox, məhz sakit, ölkə daxili bir yerlərdə istirahət etməyə üstünlük verirlər.

Bu bizim xalqın bir növ mental və genetik dəyərlərindən  irəli gələn xüsusiyyətdir. Ona görə də əminliklə deyə bilərəm ki, Azərbaycanda qış turizm kompleksləri yaxın illər ərzində yerli turistlərlə qaynayıb-qarışmağa davam edəcəkdir.

Düşünürəm ki, yeni il ərəfəsində gənclər xarici ölkələrə, xüsusən də Gürcüstana getməyə üstünlük versələr belə, əhalinin yaşlı təbəqəsi, xüsusən ailəli insanlar ölkə daxilindəki qış komplekslərində tətil edəcəklər. Odur ki, keçən ilin qışında olduğu kimi bu il yenə də  Şahdağda sıxlıq gözləniləndir”.

www.yenicag.az

295