225 obyektdə pozuntular aşkarlandı

İqtisadiyyat Nazirliyi tərəfindən zəruri qayda və tələblərə əməl etməyən 225 sahibkarlıq subyekti barədə tədbir görülüb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində ümumilikdə, 225 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.