!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"23 Aprel Milli Müstəqillik və Uşaq Bayramı"na həsr edilmiş tədbir keçirildi - Fotolar

!Reklam – Yazi

Akademik Milli Dram Teatrında “23 Aprel Milli Müstəqillik və Uşaq Bayramı” münasibətilə tədbir keçirilib.

Yeniçağ.az xəbər verir ki, tədbiri Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi  təşkil edib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin egitim (təhsil) müşaviri Abdulqafur Böyükfırat və digər təmsilçiləri, liseyin direktoru Hüseyn Dəmirəl, müəllim və şagirdləri, Türkiyədən dəvət almış liseyin qonaqları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında ilk öncə Azərbaycan və Türk himni səsləndirilib. Daha sonra liseyin ibtidai sinif şagirdləri şeirlər oxuyub, müxtəlif mahnılar və rəqslər təqdim ediblər. Sonda “Natiq ritm qrupu” çıxış edərək, tədbiri yekunlaşdırıblar.

Gülnarə Eynullaqızı

Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

 

www.yenicag.az

1384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv