!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

23 ildir hamamda yaşayan şairə: "Qiyamət günündə nə cavab verəcəklər?" - VİDEOREPORTAJ

!Reklam – Yazi

Bayılda sürüşmə zonası son günlər daha da aktivləşib. Yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar 400-ə yaxın sakin köçürülüb.

Hadisə yerində olan Yenicag.az-ın əməkdaşları reportaj hazırlayarkən, sürüşmə ərazisində dözülməz həyat yaşayan 61 yaşlı şairə Şahnaz Blatovanın evində olub.

Saytımıza dərdini danışan Şahnaz Blatova bildirib ki, artıq 23 ildir sahəsi 4 kv.metr olan hamamda yaşayır. Divarları köhnə kağız üzlükləri ilə bəzədilən daxmada yaşayan qadının həyat şəraiti çox acınacaqlıdır. Özünün dediyinə görə, yayın qızmar günlərində kiçik daxmada əsl cəhənnəm əzabı yaşayır. İndi isə onu qışın sərt şaxtası gözləyir. Havalar soyuyanda, yağış yağanda hamamda yaşayan qadının durumu daha da çətinləşir. Divarlarda yaranan nəmişlik burada həyatı dözülməz edir. Söhbət əsnasında öyrənirik ki, Ş.Blatovanın xəstə oğlundan, gəlinindən və ruhi xəstə nəvəsindən savayı heç kimi yoxdur. Dəfələrlə müvafiq orqanlara yaşadığı şəraitin dözülməz olduğu ilə bağlı müraciət etdiyini deyən Şahnaz xanım, probleminin illərdir həllini tapmadığını deyir.

Kiçik daxmada tək yaşayan Şahnaz Blatova yaşadığı şəraitdən danışır:

“Oğlum 1992-ci ildə hərbi xidmətə getdi və 1997-ci ildə xəstə olaraq geri qayıtdı. O zamandan bəri qanun çərçivəsində sənədlərlə ev növbəsinə dayanmışam. 23 ildən çoxdur ki, 4 icra hakimi dəyişib. Hazırda bizim rayonun icra başçısı Eldar Əzizovdur. Düzdür, mənə kömək edib, ac-susuz qoymayıb. Yaxşılığı da danmaq olmaz. Amma yaşadığım daxmanın ərazisi 4kv.metrdir. Ayaqyolusu, qazı, suyu yoxdur. Soyuqdan da donuram. 23 ildir ki burada yaşayıram. Hazırda Bayılda sürüşmələr olur. Bu kiçik daxmanın taxtaları da ikiyə ayrılıb. Yatdığım yorğanları belə ordan-burdan tapmışam. Axı mən də bir əsgər anasıyam. Məhz elə bunlara görə, evlə təmin edilməyi gözləyirəm. Bir gəlinim var, kirayədə yaşayır. Onun da ruhi xəstə övladı var. Bununla bağlı sənədləri də aparıb, icra hakimiyyətinə vermişəm. Əvəzində mənə xəstə uşağa baxmağım üçün qəyyumluq veriblər. Öz oğlum xəstə, nəvəm xəstə, özüm də belə bir yerdə yaşayıram. Çox qurumlar mənimlə maraqlanır, lakin icralardan bir kömək görmürəm. Yalnız bayramdan-bayrama yadlarına düşəndə ərzaq göndərirlər. Diri ikən qəbirdəyəm”.

Elvin Paşazadə
Emin Səfərov

www.yenicag.az

2419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv