!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

23 məmura qarşı SANKSİYA – Prezident göstəriş verdi

!Reklam – Yazi

Ukrayna prezidenti Rusiyanın 23 vətəndaşına qarşı sanksiyanın tətbiqinə dair fərman imzalayıb.

Yenicag.az Ukrayna mediasına istinadən xəbər verir ki, prezident Vladimir Zelenskinin bu fərmanının mətni dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Məlumata görə, ümumilikdə 28 nəfərin adının daxil edildiyi “sanksiya siyahısı”ndakı şəxslərdən 23-ü Rusiya, 5-i isə Ukrayna vətəndaşıdır.

Zelenski bu fərmanın tələblərinin yerinə yetirilməsini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edib.

Sanksiyanın tətbiq ediləcəyi Rusiya vətəndaşları sırasında bu ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri də var.

Onlar Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət göstərməkdə ittiham olunurlar.

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv