23 yaşlı gəncin üçüncü intihar cəhdi – Foto (Yenilənib)

asdasdaasdftgyİntihar etmək istəyən şəxsin kimliyi bəlli olub.

O, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Tamerlan Ələsgərlidir. T.Ələsgərli bir müddət öncə Səbail rayonunda, sonra isə Nərimanov rayonunda intihara cəhd edib.

T.Ələsgərli bildirib ki, 100 yaşlı nənəsi onu məhkəməyə verib. Tamerlan babasından ona miras qalan evdə yaşayıb və evin onun olduğunu bildirib. Nənəsi isə onun həmin ev üzərində qeydiyyatının ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Şəmkir rayon məhkəməsinin qərarı Tamerlan Ələsgərli həmin evdə qeydiyyatdan çıxarılıb. Bu qərarla 23 yaşlı gənc həm evi, həm də torpaq sahəsini itirib.

Bir müddət əvvəl Bakıya gələn Tamerlan rəsmi qurumlara müraciət etmək qərarına gəlib. Prezident Administrasiyasına gedib şikayət etmək istəyən gənc sonra intihara cəhdlə özünə və probleminə diqqət çəkmək istəyib. Oktyabrın 2-də Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasının üstünı çıxaraq özünü atacağını bildirib. Həmin vaxt FHN və Nərimanov RPI 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən qarşısı alınıb.

***
14:38

Bakıda bu dəqiqələrdə şəxsiyyəti hələki məlum olmayan kişi özünü öldürmək istəyir.

Bu dəqiqələrdə H.Cavid prospektində yerləşən tikintisi davam etdirilən binada bir nəfər özünü atmaq istəyir. Hadisə şahidlərinin verdiyi məlumata görə, intihar etmək istəyən şəxs həmin binada işləyən fəhlədir. O 200 manat əmək haqqını ala bilmədiyi üçün özünü öldürmək istəyir(Qafqazinfo).