Bakıda klubda 23 yaşlı oğlan bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Əhməd Cavad küçəsi 10 ünvanında yerləşən “Z club”kimi tanınan obyektdə Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Müslümov Kamran Məmməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. K.Müslümova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Yenicag.az