Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, Niyazoba kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.
F.Aydəmirovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisənin səbəbi araşdırılır.
***
19:54
Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlu batıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.