!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

23 yaşlı qəhrəman şəhidimiz - Tərxis olmağına 15 gün qalmışdı... - Fotolar

!Reklam – Yazi

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan Şahvələdov Sultan Niyaz oğlu bu gün Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü şəhidimizin tərxis olunmasına 15 gün qalıbmış. Rusiyada ali təhsilini başa vurduqdan sonra əsgərliyə yollanan Şahvələdov Sultan hərbi xidməti müddətində şücaəti ilə seçilib. Bizdə olan məlumata görə, o, Murov dağda xidmət edərkən qar uçqununa düşən iki əsgər yoldaşını qəhrəmanlıqla xilas edib. Şəhidimiz bu şücaətinə görə hərbi hissə rəhbərliyi tərəfindən təltif də olunub.

Valideynləri hərbi xidməti başa vurduqdan sonra Sultana toy etmək niyyətində imiş. Bu məqsədlə evlərini təmir etdirib, oğul toyuna hazırlaşsalar da, övladlarının şad gününü görmək onlara qismət olmayıb. Qeyd edək ki, ailənin 1 qızı, iki oğlu vardı.

Allah rəhmət eləsin!

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

1249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv