23 yaşlı qız dəm qazından boğuldu

dem50Gəncə şəhərində bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında 1993-cü il təvəllüdlü şəhər sakini Axundova Yaqut Azər qızının meyiti yaxınları tərəfindən yaşadığı evin vanna otağında tapılıb.

Onun dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.